Ulu öndər

Bu gün məktəbimizin ingilis dili müəllimi Təranə İbrahimovanın rəhbərliyi altında 9b sinif şagirdləri ilə birgə Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə dahi şəxsiyyət görkəmli siyasətçi Heydər Əliyev hörmətlə yad edilib, onun həyat fəaliyyətindən danışılıb. Sinif şagirdləri müxtəlif illəri əhatə edən çıxışlar hazırlayıb, təqdimatların məktəb rəhbərliyi və müəllim kollektivinə təqdim ediblər. Fənn müəllimi dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinə aid müxtəlif suallarla viktorina hazırlayıb və şagirdlərlə qruplar arasında rəqabətli yarışma keçirilib. Qalib qrup şagirdləri müəllim tərəfindən dəyərləndirilib. Məktəbimizin direktoru Nazəni Məmmədova şagirdlərimizin çıxışlarını çox yüksək dəyərləndirib, şagird heyətinə, bu tədbirin hazırlanmasında kömək və dəstəyinə görə fənn müəlliminə öz təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi