İmtahan həyəcanı və qaydalar

Bugün məktəbimizdə 9-cu sinif şagirdləri ilə "İmtahan öncəsi həyəcan və imtahanda davranış və cavabların kodlaşdırılması" haqqında seminar keçirilib. Seminar məktəbin psixoloqu Günay Həşimova və Kiçik Akademiya rəhbəri, nəzarətçi müəllim Nigar Abasova tərəfindən aparılıb. Psixoloq imtahan həyəcanının minimuma endirilməsi və onun aradan qaldırması ilə bağlı şagirdlərə məlumat verib. Nəzarətçi müəllim Nigar Abasova da şagirdlərə imtahanda davranış qaydaları, cavabların kodlaşdırılması haqqında ətraflı məlumat verib. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb. Seminarda UBT rəhbəri, sinif rəhbərləri və məktəb müdiriyyəti də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi