Mənim gələcək peşəm

28.02.2023-cü il tarixdə 9a sinfində sinif rəhbəri və peşə koordinatorunun təşkilatçılığı, şagirdlərin iştirakı ilə "Mənim gələcək peşəm" mövzusunda seminar keçirilib. Peşə koordinatoru şagirdlərə peşə seçimində diqqət edəcəkləri məqamlar haqqında məlumatlar verib. Sinif rəhbəri də öz növbəsində peşə bacarıqları ilə bağlı tövsiyələrini şagirdlərlə bölüşüb. Belə profilaktik tədbirlərin, seminarların keçirilməsində məqsəd buraxılış sinif şagirdlərinin peşə bacarıqlarını aşkarlamaq, onların peşə sahələri üzrə maraq ve meyillərini düzgün istiqamətləndirməkdir. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi