Xocalı soyqırımı haqqında seminar

Bu gün Kiçik Akademiya rəhbəri Nigar Abasova və psixoloq Günay Həşimova tərəfindən akademiya üzvləri arasında tariximizin qanlı faciəsi "Xocalı soyqırımı" na həsr olunmuş seminar keçirilib. Seminarda Kiçik Akademiya rəhbəri şagirdlərə bildirdi ki, bu faciəni unutmamalı, ondan dərs alıb hər zaman irəli getməliyik. İnsanlığa qarşı baş vermiş bu cür soyqırımlar qarşısında susmamalıyıq. Xocalı faciəsini hər zaman xatırlamalı və xatırlatmalıyıq. Məktəb psixoloqu da şagirdlərə faciə və müharibələrin insan sağlamlığı ilə yanaşı psixoloji cəhətdən insanlara vurduğu ziyanlarından danışıb. Sonda şagirdlərin fikirləri dinlənilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi