Xocalı soyqırımı : xalqa qarşı zorakılıq

4a sinfində sinif rəhbəri Maya Sultanzadə Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş " Xocalı soyqırımı : xalqa qarşı zorakılıq" mövzusunda dərs keçirilib. Dərsdə şagirdlər "zorakılıq", "soyqırımı", "faciə" kimi sözlərin mənasını izah ediblər. Xalqımızın tarix boyu dəfələrlə soyqırıma məruz qalmağına öz münasibətlərini bildirib, şeirlər səsləndiriblər. Şagirdlər kiçik qruplarla işləyərək mövzuya uyğun qrup işini yerinə yetiriblər. Sonda Xocalı müsibətinin təzahürünü nümayiş etdirmək üçün "Dondurulmuş səhnə" ni canlandırıblar. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi