Xocalı soyqırımı haqqında növbəti dərs

23.02.2023-cü il tarixində məktəbin 7 "B" sinfində sinif rəhbəri Gülnarə Bağırovanın təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən Xocalı soyqırımı ilə əlaqədar xüsusi dərs keçirilib. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir. Dərsdə məktəbin UBT rəhbəri Aynur Piriyeva, Kiçik Akademiya rəhbəri Nigar Abasova və məktəb psixoloqu Günay Həşimova da iştirak edib. Şagirdlər Xocalıya aid şeirlər söyləyib, topladıqları məlumatları səsləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi