Bu gün 7 "A" sinfində biologiya kafedrasının müəllimi Gülər Mustafayevanın təşkilatçılığı ilə "İnsan üçün təhlükəli olan qurd xəstəlikləri" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin məqsədi parazit qurdların insan orqanizmində törətdiyi xəstəliklər və onların əlamətlərini araşdırmaq olub. Cütlər ilə aparılan iş zamanı şagirdlər parazit qurdlardan qorunmaq üçün mübarizə tədbirlərini öyrəniblər. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.