Fiziki və kimyəvi hadisələr

Fənn aylığı çərçivəsində 7a sinifində Kiçik Akademiyanın kimya kafedrasının müəllimi Hüseynova Şəfəq tərəfindən "Fiziki və kimyəvi hadisələr. Kimyəvi reaksiyaların əlamətləri" mövzusunda praktiki dərs keçirilib. Dərsin əsas məqsədi fiziki və kimyəvi hadisələrə aid sadə kimyəvi təcrübələr, müşahidələr aparmaq və eyni zamanda fiziki və kimyəvi hadisələri, kimyəvi reaksiyaların əlamətlərini, baş vermə səbəblərini izah etməkdir. Şagirdlər sadə təcrübələr aparmaqla kimyəvi reaksiyaların əlamətlərini müşahidə ediblər. Sonunda dərsin məqsədi tam reallaşıb. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi