Pedaqoji şuranın növbəti iclası keçirilib

30.01.2023-cü il tarixdə məktəbimizdə 2022/2023-cü tədris ilinin I yarımilinin yekunlarına dair Pedaqoji şura iclası keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Nazəni Məmmədova ilk olaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib, I yarımilin yekunları, II yarımildə qarşıda duran məsələlər barədə məlumat verib. İclasda məktəbdaxili qiymətləndirmənin nəticələri, sinif rəhbərlərinin hesabatları, dərsə davamiyyət , 9-cu siniflərdə keçirilən monitorinqlərin təhlili və digər mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda DİM-nin keçirdiyi imtahanlarda nəzarətçi kimi fərqlənən müəllimlərə təşəkkürnamələr təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi