20 Yanvar "Ümumxalq Hüzn Günü"

Yanvar tarixi, Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə “Şəhidlər Ölməz” adlı 20 Yanvara həsr olunmuş tədbir keçirilib. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır. Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva çıxışında Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırıb. Şagirdlər öz çıxışlarında bu günün hüzn günü olsa da, 20 Yanvarın əslində qürur mənbəyi olduğunun da fərqində idilər. Onlar o, qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bilirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi