Reproduktiv sağlamlıq

17.01.2023-cü il tarixdə məktəb psixoloqu Günay Həşimova, tibb bacısı Könül Seyfullayeva UBT rəhbəri Aynur Piriyeva və biologiya müəllimi Gülər Mustafayevanın təşkilatçılığı ilə 6-7-ci siniflərdə "Reproduktiv sağlamlıq və cinsi tərbiyə" mövzusunda profilaktik tədbir keçirilib. Tədbirdə çıxış edən məktəb psixoloqu mövzusunun əhəmiyyəti haqqında şagirdləri məlumatlandırıb. Sonra tibb bacısı və biologiya müəllimi də çıxış edərək öz tövsiyələrini verib. Bu mövzularda tədbir və seminarların keçirilməsində məqsəd mövzunun əhəmiyyətini şagirdlərə doğru şəkildə aşılamaqdır. Sonda mövzu ilə əlaqəli şagirdlərin sualları cavablandırılıb və fikirləri dinlənilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi