Həmrəylik Günü

    IX-XI sinif şagirdləri ilə birlikdə Həmrəylik Gününə həsr olunmuş "Həmrəy olaq-bir olaq" adlı görüş təşkil olunub. Məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək qeyd edib ki, 31 Dekabr artıq 31 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Məktəbin T.İ.Ü müavin Asiman Paşayev qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan dövlət bayramı Həmrəylik Günü olaraq bayram edilir. Tədbirdə məktəb rəhbəri, müəllim heyətidə iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi