İntellektual yarış "Əhməd Cavad"

Dekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olunub. Müsabiqə başlamamışdan öncə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilib. Müsabiqədə Kiçik Akademiya rəhbəri Nigar Abasova və məktəbin "Al bayraq" adlı komandası da iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi