Ətraf mühitin mühafizəsi

    Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məktəbimizdə 9-11-ci sinif şagirdləri ilə seminar keçirilib. Seminarda şagirdlərə aşağıdakı mövzular haqqında məlumatlar verilib. 1. Yaşıllıqların qorunması və artırılması sağlam həyat tərzinin təməlidir. 2. Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri, bu təsirlərin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti.     Sonda şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi