Ulu öndər

Bu gün məktəbimizdə Ulu öndərin "Anım Günü" ilə əlaqədar 9-cu sinif şagirdləri, məktəb rəhbərliyinin iştirakı ilə "Xarici siyasət strategiyasında Heydər Əliyev dəst-xətti" mövzusunda Dəyirmi masa keçirilib. İlk öncə mövzu ətrafında məktəbin tarix müəllimi Lalə Babayeva məruzə edib. Sonra şagirdlərin çıxışları dinlənilib. Sonda əsası Ulu öndər tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasət strategiyası özünəməxsus dəst-xətti qorumaqla bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizin daha da qüdrətlənməsinə xidmət edildiyi vurğulanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi