İnsan alverinə yox!

08.12.2022-ci il tarixdə məktəb psixoloqu Həşimova Günay və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "İnsan alveri"nə yox! mövzusunda maarifləndirici profilaktik Dəyirmi masa keçirilib. Seminarda çıxış edən məktəb psixoloqu şagirdlərə ümumbəşəri problem olan "İnsan alveri"nin insanların, xüsusən də yetişməkdə olan nəslin həyatına vurduğu mənəvi-psixoloji zərbələrindən, ondan qorunma yollarından bu sahədə maarifləndirmə işlərinin vacibliyindən danışıb. Tədbirdə iştirak edən UBT rəhbəri də bu sahədə olan qanunvericilik bazası haqda şagirdləri maarifləndirib. Tədbirdə məktəb rəhbərliyi və sinif müəllimləri də iştirak edib. Sonda şagirdlər hazırladıqları təqdimatlar nümayiş etdirib və sualları cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi