Tarixi Zəfərimiz

02.12.2022- ci il tarixdə 170 nomrəli tam orta məktəbdə "Tarixi Zəfərimiz" adlı konfrans təşkil edilib. Konfransda Sabunçu rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin mudiri Ədalət Teymurov, Zəfər tarixi dərsliyinin həmmüəllifləri Talıb Talıblı, Ramil Tanrıverdi, 107 nomrəli tam orta məktəbin dirəktor əvəzi Səidə Əhmədova, məktəblərin 9-cu sinif şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Ülviyyə Aslanova giriş sözü ilə konfransı açıq elan edərək onun məqsədi, proqramı haqqında məlumat verib. İki hissədən ibarət olan konfransın birinci hissəsi müəlliflərin çıxışları və şagirdlərin diskusiyası ilə davam edib. Şagirdlərin maraqlı təklifləri dinlənilib, müzakirələr aparılıb. Dərsliyin müəllifləri şagirdləri maraqlandıran sualları cavablandırıblar. Konfransın ikinci hissəsi şagirdlərin hazırladıqları musiqili proqramla başa çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi