QİÇS-lə mübarizə tədbiri

30.11.2022-ci il tarixində təşkilati işlər üzrə direktor müavini Asiman Paşayevin təşkilatçılığı ilə X sinif şagirdləri ilə "Ümumdünya QİÇS-lə Mübarizə Günü" nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən təşkilati işlər üzrə direktor müavini Asiman Paşayev şagirdlərə QİÇS haqqında ətraflı məlumat verib. Tədbirdə iştirak edən məktəb psixoloqu Həşimova Günay xəstəliyə yoluxmanın insanın zərərli vərdişlərə aludəçiliyi nəticəsində yarandığını və çox ciddi problemlərdən biri olduğunu bildirib. Daha sonra gənclərə sağlam həyat tərzini formalaşdırmaq üçün maarifləndirmə tədbirlərinin vacibliyi vurğulanıb. Sonda şagirdlərə onlayn sorğu təqdim olunub və sualları cavablandırılıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi