Bizim böyük Qələbəmiz adlı layihə dərsi

Bu gün tarix kafedrasının müəllimi Lalə Babayeva və Kiçik Akademiyanın rəhbəri Nigar Abasova tərəfindən akademiya üzvləri ilə "Zəfər Günü"nə həsr olunmuş layihə dərsi keçirilib. Dərs şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən Lalə Babayeva bildirib ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Sonra şagirdlər hazırladıqları təqdimatlar ilə çıxış edib. Sonda Kiçik Akademiya rəhbəri çıxış edərək bildirib ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi