Zorakılıq mövzusunda söhbət

24.10.2022-ci il tarixində məktəb psixoloqu Günay Həşimova 8 a sinfində "Zorakılıq" mövzusunda maarifləndirici profilaktik söhbət aparıb. Məktəb psixoloqu Günay Həşimova şagirdlərə zorakılıq, növləri və onları yarada biləcək səbəblər haqqında məlumat verib. Söhbətin aparılmasında məqsəd böhran dövrü sayılan yeniyetməlik dövründə şagirdlərlərin doğru nizam-intizam qaydaları, yoldaşları ilə münasibətlərinin səmərəli təşkili və onlar üçün sağlam, sosial-emosional mühitin yaradılmasıdır. Tədbirdə iştirak edən UBT rəhbəri Aynur Piriyeva və Kiçik Akademiya rəhbəri Nigar Abasova da öz növbəsində şagirdlərə öz tövsiyələrini verib. Sonda şagirdləri maraqlandıran suallar cavablanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi