9-cu sinif valideynləri ilə görüş

    Məktəb rəhbərliyi tərəfindən keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələrinin təhlili aparılaraq 9-cu siniflərdə valideyn iclası keçirilib. Nəticələr barədə direktor müavini Şəbnəm Mirzəliyeva valideynlərə ətraflı məlumat verib. İclasda sinif rəhbərləri, tədris dili, riyaziyyat və ingilis dili müəllimləri iştirak edərək nəticələr və qarşıda duran vəzifələr barədə valideynlərlə müzakirələr aparıblar. Təşkilatçı müavin Asiman Paşayev çıxış edərək davranış səviyyələrinə görə şagirdlərə tətbiq ediləcək inzibati tədbirlər haqqında məlumat verib. Sonda məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək bildirib ki, buraxılış siniflərdə monitorinqlərin keçirilməsi davam edəcək və nəticələrin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi