18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü"

    Bu gün BŞTİ-nin F-300 nömrəli əmrinə əsasən "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində Şaronina Tatyana tarix dərsində 18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü" münasibətilə şagirdlərə məlumat verib. Məktəbin psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyeva da müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs ediblər. Təşkilatçı müavin Asiman Paşayev qeyd edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi