Zərərli vərdişlər

    Bu gün məktəbimizdə məktəbin psixoloqu Günay Həşimova və UBT - rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 7 a sinif şagirdləri ilə "Zərərli vərdişlər" mövzusunda profilaktik tədbir keçirilib. İlk öncə məktəbin psixoloqu Günay Həşimova şagirdlərə zərərli vərdişlər və ondan qorunma yolları haqqında məlumat verib. Tədbirdə fəal iştirak edən şagirdlər "Zərərli vərdişlər" haqqında fikirlərini şəkil və essələrlə tamamlayıblar. UBT rəhbəri Aynur Piriyeva mövzu haqqında şagirdlərə öz tövsiyələrini  verib. Şagirdlərin çəkdikləri rəsmlər və essələrdən guşə yaradılıb. Sonda şagirdlərin sualları cavablandırılıb. Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslin bu kimi pis vərdişlərdən qorunması və məlumatlanmasıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi