Bir link - Bir məktəb

10 oktyabr 2022-ci il tarixində məktəbimizdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində qalib olmuş "Bir link - Bir məktəb" layihəsinin açılış mərasimi keçirilib. Açılışda digər məktəblərdən dəvət olunmuş rəhbər işçilər, ekspert və məktəbin pedoqoji heyəti iştirak edib. Açılış mərasimini giriş sözü ilə layihə rəhbəri və məktəbimizin direktoru Nazəni Məmmədova açıb. O, qonaqları salamlayaraq layihənin icra müddəti, layihə çərçivəsində qurulacaq əməkdaşlıq və layihə ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı ətraflı məlumat verib. Layihənin icrasına digər məsul şəxs, məktəbin təşkilati işlər üzrə direktor müavini Asiman Paşayev layihə ilə bağlı qonaqların verdiyi sualları cavablandırıb. Sonda qonaqlara söz verilib. Tədbirdə iştirak edən 155 N-li tam orta məktəbin direktoru Ruhiyyə İbrahimova layihə çərçivəsində daim əməkdaşlığa hazır olduqlarını bildirib. Yekun olaraq layihənin aylıq iş planı da iştirakçıların diqqətinə çatdırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi