Kitab sərgisi

Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisinə start verilib. UBT rəhbəri Aynur Piriyeva, Kiçik Akademiya rəhbəri Nigar Abasova, müəllim Elnurə Rzayeva və məktəbimizin VI, VII, IX sinif şagirdləri sərgidə iştirak ediblər. Sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak ediblər. Şagirdlər sərgidə nümayiş olunan kitablara böyük maraq göstəriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi