Kiçik Akademiya rəhbəri ilə görüş

Bu gün Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə "Yeni perspektivlər, yeni baxışlar" adlı görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Ardınca Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev bakuka.az saytının işlənilməsi, 2022/2023-cü tədris ili üzrə Fəaliyyət planının tərtibi, KA strukturunun təşkili, olimpiada mərkəzinin yaradılması, SKA TV-nin təşkili, ustad dərslərin təşkili və cari məsələlər haqqında danışıb. Görüşdə məktəbimizin Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib. Sonda Kiçik Akademiya rəhbərləri tərəfindən irəli sürülən əlavə təkliflər dinlənilib, suallar cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi