Narkomaniyaya yox!!!

Bu gün məktəbimizin 9-cu siniflərində məktəbin psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Narkomaniyaya yox!!!" mövzusunda maarifləndirici profilaktik seminar təşkil olunub. Seminarda məktəbin müəllimləri də iştirak edib. Məktəbin psixoloqu Günay Həşimova şagirdlərə narkotiklərin cəmiyyətimizə, xüsusilə də yeniyetmələrin həyatına vurduğu psixoloji və fizioloji zərərlərindən, əsrin "ağ ölümü" sayılan narkotik vasitələrdən uzaq durmağın yollarından danışıb. Sonra UBT rəhbəri Aynur Piriyeva sağlam həyat tərzinin faydaları haqqında məlumat verib. Seminarda iştirak edən müəllimlər mövzu ilə əlaqəli təbliğat xarakterli çıxışlar edib. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi