Dəyirmi masa - Anım Günü

Məktəbimizin müəllimi Məlahət Nəcəfovanın təşkilatçılığı ilə 27 sentyabr "Anım Günü" ilə əlaqədar dəyirmi masa keçirilib. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər şeirlər söyləyiblər. Məlahət müəllimə çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız canı, qanı bahasına vətən torpağını düşmən tapdağından təmizlədilər və həmin müharibədə xalqımız birlik göstərərək bir yumruq olub qələbə çaldı. Xalqımız hər zaman əmindir ki, onun müzəffər Ali Baş Komandanı İlham Əliyev daim daha böyük qələbələrə imza atacaq. Məktəbin Ana dili və ədəbiyyat müəllimi Günel Zeynalova, UBT rəhbəri Aynur Piriyeva və məktəbin psixoloqu Günay Həşimova çıxış edərək şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi