Anım Günü tədbiri

UBT rəhbəri Aynur Piriyevanın rəhbərliyi ilə məktəbin foyesində Anım Günü tədbiri keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.    Tədbiri giriş sözü ilə açan ibtidai sinif müəllimi Validə Mehdiyeva bildirdi ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad ediblər. Sonda şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi