27 sentyabr - "Anım Günü"

Bu gün Azərbaycanın 30 ildən artıq Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması üçün başlanan Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin Anım Günüdür. Artıq ikinci ildir ki, sentyabrın 27-si respublikamızda "Anım Günü" kimi qeyd olunur. BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbimizdə "Anım Günü" ilə əlaqədar silsilə tədbirlər təşkil olunub. Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə 1dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsi anılıb. Məktəbin hərbi rəhbəri Sərxan Bayramov və tarix müəllimi Lalə Babayeva çıxış edərək, şagirdlərə Vətən müharibəsindən, torpaq uğrunda canlarından keçmiş qəhrəmanlarımızdan danışıb, onları dərin hörmət və ehtiramla anıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi