Yeniyetməlik dövründə konfliktlərin yaranma səbəbləri və həlli yolları

    Məktəbin psixoloqu Günay Həşimova 8a sinif şagirdləri ilə yaş xüsusiyyətlərinə uyğun "Yeniyetməlik dövründə konfliktlərin yaranma səbəbləri və həlli yolları" mövzusunda profilaktik söhbət aparıb. Söhbətin aparılmasında məqsəd şagirdlərin münasibətlərinin sağlam qurulması yönündə tövsiyələrin verilməsidir. Daha sonra şagirdlərin məktəbdə davranış qaydaları, hüquq və vəzifələri, bir-birinə olan münasibətləri haqqında müzakirələr aparılıb. UBT rəhbəri Aynur Piriyeva şagirdlərə öz tövsiyələrini verib. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi