2022-2023-cu tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəbimizdə valideynlərlə görüşlər keçirilib. Yeni tədris ilində qarşıda duran hədəflərlə bağlı müzakirələr aparılıb. Məktəb-icma münasibətlərinin daha da səmərəli təşkil olunması istiqamətində Təhsil Nazirliyi və BŞTİ-nin təlimatları onların diqqətinə çatdırılıb. Təlim tərbiyə prosesinin daha effektiv həyata keçirilməsində məktəb-valideyn münasibətlərinin səmərəli qurulmasının vacib olduğu vurğulanıb.