Pedaqoji şuranın növbəti iclası keçirilib

13.09.2022-ci il tarixdə məktəbin Pedaqoji şurasının ilk iclası keçirilib. Pedaqoji şura 12.09.2022- ci il tarixdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Məktəbin direktoru Nazəni Məmmədova iclası açıq elan edərək gündəlikdəki məsələləri elan edib. Pedaqoji şura özünün illik fəaliyyət planını, məktəbin iş rejimini müzakirə və təsdiq edib. Sonda məktəb rəhbərliyi tərəfindən ötən tədris ilində səmərəli fəaliyyətlərinə görə fərqlənən pedaqoji heyət üzvlərinə təşəkkürnamələr təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi