Son zəng

Bu gün məktəbimizdə "Son zəng" tədbiri keçirilib. Tədbirdə Sabunçu Rayon İcra və Sabunçu Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, Vətən müharibəsi iştirakçıları olan keçmiş məzunlar, valideynlər və müəllimlər iştirak edib. Tədbiri məktəbin direktoru Nazəni Məmmədova açıq elan edərək Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlətimizin rəmzi olan Bayrağımız meydana gətirib. Qonaqlar və müəllimlər valideynləri, məzunları təbrik ediblər. 11-cilər və birinci sinif şagirdləri hazırladıqları bir-birindən maraqlı ifaları səsləndirib. Milli rəqslərimiz tədbirimizə xüsusi rəng qatıb. Həqiqətən, bütün tədbir iştirakçıları bu anları yüksək əhval-ruhiyyə ilə, gözəl hisslərlə yaşayıblar. Bir daha məzunlarımızı təbrik edirik, onlara həyatda uğurlu gələcək, Vətənimizin layiqli övladları olmağı arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi