28 May "Respublika Günü"

   Bu gün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən "Respublika Günü" dövlət bayramı kimi qeyd edilir. UBT rəhbəri Aynur Piriyevanın və məktəbin musiqi müəllimi Elnurə Rzayevanın təşkilatçılığı ilə 28 May - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib. Tədbir dövlət himni ilə açıq elan olunub. Şagirdlər Azərbaycan haqqında mahnılar, şeirlər səsləndirilib, rəqs nümunələri , səhnəciklər göstəriblər.    Sonda söz məktəbin direktoru Nazəni Məmmədovaya verilib. O bildirib ki, "Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Mən bu gözəl bayram ərəfəsində sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, müstəqil Azərbaycan möhkəmlənsin və daim irəlidə olsun."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi