Peşə ixtisasları haqqında maarifləndirici söhbət

    Məktəbimizdə IX sinif şagirdlərinin valideynləri ilə buraxılış imtahanlarının nəticələrinin müzakirəsi məqsədilə seminar təşkil olunub. Direktor müavinləri nəticələrlə bağlı valideynlərə ətraflı məlumat verib və qarşıda duran vəzifələr müzakirə edilib. İclasda məktəbin peşəyönümü koordinatoru Günay Həşimova da iştirak edib. Peşəyönümü koordinatoru valideynlərə peşə maraqlarının və qabiliyyətlərinin öyrənilməsi və düzgün yönləndirilməsi haqda məlumatlar verib. Seminarda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzinin nümayəndəsi də iştirak edib.  Valideynlərlə Peşə ixtisasları və ixtisas seçimi ilə bağlı maarifləndirici söhbət aparıb. Peşə məktəblərinə yönləndirilmə və təhsilin könüllü olması haqda da valideynlər təlimatlandırılıb. Sonda valideynlərin sualları cavablandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi