Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya

18 may "Muzey Günü " ilə əlaqədar olaraq məktəbin Kiçik Akademiya rəhbəri Nigar Abasova və peşəyönümü koordinatoru Günay Həşimova akademiyanın üzvü olan şagirdlərlə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyaya gediblər. Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzeydir. Şagirdlər muzeydə nümayiş edilən xalça və eksponatlar haqqında ətraflı məlumatlar alıblar. Muzey rəhbərliyi bildirib ki, muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları". Bununla yanaşı həmçinin şagirdlərə xalçaçılıq, dulusçuluq, rəssamlıq peşələri və onların sirrləri haqda məlumatlar da verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi