Ulu öndər Heydər Əliyev

    Xalqımızın böyük oğlu, müstəqil Azərbaycanın memarı, bütün həyatını vətəninin çiçəklənməsinə həsr etmiş ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə  ümummilli liderin əziz xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. UBT rəhbəri Aynur Piriyeva, sinif rəhbəri Xatirə İbrahimova və musiqi müəllimi Elnurə Rzayeva  maraqlı və məzmunlu  yaddaqalan tədbir təşkil ediblər. Məktəbin direktoru Nazəni Məmmədova söz açaraq son günlər ölkəmizin hər yerində keçirilən anım tədbirlərini böyük öndərə ümumxalq məhəbbətinin təzahürü kimi dəyərləndirib. Azərbaycanlı olması ilə həmişə fəxr edən ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı, onun qüdrətinin artması, dövlətçiliyimizin möhkəmlənməsi və hər zaman xalqa yaxın olduğunu vurğulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi