Məktəbimizin VIII sinif şagirdləri BŞTİ nin F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində sinif rəhbərləri Təranə İbrahimova və Gülər Mustafayevanın rəhbərliyi ilə Zooparka elmi ekskursiya təşkil ediblər. Ekskursiyanın məqsədi zoologiya fənnində öyrəndikləri heyvanları əyani müşahidə etmək onların yaşayış mühiti ilə tanış olmaq olub. Şagirdlər Azərbaycanın Qırmızı kitabına salınmış gördükləri heyvanlar haqqında məlumatlar alıblar. Eyni zamanda xarici turistlərlə də ingilis dilində təəssüratlarını bölüşüblər.