Məktəbimizin V-X sinif şagirdləri BŞTİ nin F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində Qobustan milli qoruğuna ekskursiya təşkil ediblər. Sinif rəhbərləri Marina Surkova və tarix müəllimi Tatyana Şaronina uşaqları palçıq vulkanları ilə tanış ediblər. Ekskursiyada şagirdlər fəal iştirak ediblər. Şagirdlərimizin sağlam təhsil mühitində təhsili eyni zamanda milli mənəvi dəyərlərinin zənginləşdirilməsi daim məktəb rəhbərliyinin diqqətindədir.