Şəhidlərin ev muzeyinə ziyarət

    Şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məhz aşağı sinifdən başlayır. Bu məqsədlə məktəbimizin 6 A sinfinin rəhbəri Xatirə İbrahimovanın təşkilatçılığıla T.T.İ.üzrə d/m Şəbnəm Mirzəliyeva və UBT rəhbəri Aynur Piriyeva ilə birlikdə şagirdlərimiz Şəhid Cəfərzadə İsrayıl və şəhid Mehdiyev Talehin ev muzeylərini ziyarət ediblər. Tədbirlər Planına əsasən məktəblilərin Şəhid ev muzeylərinə gedişini təşkil etmək böyük əhəmiyyət daşıyır. Müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etməyi özlərinə borc bildilər. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi