Ailəm və məktəbim layihəsi

    29.04.2022 tarixində 7a sinifində "Ailəm və məktəbim" layihəsi çərçivəsində növbəti valideyn iclası keçirilib.Tədbirdə 24 valideyn iştirak edib. İclas sinif rəhbəri Cavadlı Kərimova Ülkərin çıxışı ilə başlanılıb. Elektron lövhədə şagirdlərin son monitorinq göstəriciləri nümayiş etdirilərək müzakirə olunub. Daha sonra fənn müəllimləri və psixoloq Günay Həşimova öz çıxışları ilə iclası davam etdirib. Şagirdlərin psixoloji emosianal vəziyyətləri valideynlər ilə müzakirə edilib. Psixoloq şagirdlərin sağlam şəxsiyyət kimi formalaşmasında sağlam ailə mühitinin vacibliyi haqda məlumat verib. Sonda valideynlərə övladları ilə bağlı sorğu vərəqələri paylanılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi