8a sinfində "Ailəm və məktəbim" layihəsi çərçivəsində növbəti valideyn iclası təşkil olunub. Şagirdlərin tədris-tərbiyə vəziyyəti haqqında valideynlər məlumatlandırılıb. Məktəbin fəaliyyət planına uyğun olaraq valideyn-məktəb əməkdaşlığının səmərəli qurulması istiqamətində söhbət aparılıb və sorğu keçirilib. İclasda məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak edib.