Mülki Müdafiə Günü tədbiri

“20” aprel 2022-ci il tarixində məktəbimizdə Mülki Müdafiə Günü keçirilib. Keçirilən “Mülki Müdafiə Günü”nə məktəbin rəhbər, hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis və şəxsi heyəti, habelə MM qüvvələrinə cəlb olunmayan işçilər, o cümlədəndə, bütün şagirdlər cəlb olunub. Keçirilən dərslərin plan-konspektləri hazırlanıb. Bu tədbirin keçirilməsində əsas məqsəd məktəbin bütün şəxsi heyyətinin MM üzrə nəzəri biliklərinin və əməli vərdişlərinin artırılması olub. Müəssisənin bazasında MM avadanlıqları olmadığı üçün onların əməli nümayişi mümkün olmasa da həmin avadanlıqlar və onların rolu barədə məlumat verilib. Keçirilən tədbirlərdə yüksək təşkilatçılıq göstərənlər təşviq edilib, aşkar olunan çatışmamazlıq aradan qaldırmaq üçün tapşırıqlar verilib. Tədbir zamanı həmçinin MM planının reallığı dəqiqləşdirilib. Keçirilən tədbir dövrü qarşıya qoyulan məqsədə nail olunub, keçirilən tədbir “qənaətbəxş”hesab olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi