"Oxu günü" ilə əlaqədar tədbirlər planı çərçivəsində məktəbin psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanasına ekskursiya olunub. Ekskursiyaya V-VI sinif şagirdləri cəlb olunub. Ekskursiya zamanı şagirdlərə kitabxana rəhbərliyi tərəfindən ətraflı məlumat verilib. Sonda şagirdlər kitabxanadakı kitablarla tanış olublar.