Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Rossotrudniçestvo" nun Azərbaycandakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında elan edilmiş Şuşa ilinə həsr olunan rus dili və ədəbiyyatı üzrə XIII olimpiadanın VII-IX sinif şagirdləri arasında məktəb turu keçirilib. Şagirdlər Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın həyat və yaradıcılığına aid test suallarını işləyiblər. Ən yüksək bal yığan 2 şagird olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.