"Bakı Elm Olimpiadası"nın əsasnaməsinə uyğun olaraq təşkilat komitəsi tərəfindən məktəbimizdə 8-10-cu sinif şagirdləri arasında olimpiadanın iştirakçılarını müəyyənləşdirmək üçün məktəb turu keçirilib. Ən çox bal toplayan 3 şagirdimiz "Bakı Elm Olimpiadası"nda iştirak etmək hüququ qazanıb.