“Şahin” hərbi idman oyunları

    05.04.2022-ci il tarixdə Sabunçu rayonu Gənclər və İdman İdarəsi tərəfindən 28 nömrəli tam orta məktəbdə “Şahin” hərbi idman oyunlarının Sabunçu rayon birinciliyi keçirilib. Yarışdan əvvəl çıxış edən Sabunçu r-n İH rəsmi nümayəndələri yarış barəsində fikirlərini bildirərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıb və şahinlərə uğurlar arzulayıblar. Məktəbimizin 10 A və 8 B sinif şagirdlərindən ibarət komandası bu yarışlarda fəal iştirak edərək ilk 10 komanda sırasına daxil olub. Məktəbin GÇQH üzrə rəhbəri Səfxan Bayramov yarışlarda münsif kimi təmsil olunub. Hərbi Vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə saxlanması məqsədilə məktəbimizdə müxtəlif tədbirlərin keçirilməsi davam etdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi