31 Mart soyqırımı

Məktəbimizin azərbaycan dili müəllimi Məlahət Nəcəfovanın təşkilatçılığıyla 31 Mart - Azərbaycanlıların  Soyqırımına həsr edilmiş nümunəvi dərs keçirilib. Öncə  faciə qurbanlarının xatirəsi bir  dəqiqəlik  sükutla yad edilib. Məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva qeyd edib ki, 1918-ci ilin martında ermənilər minlərlə vətəndaşımızı qanına qəltan edib, şəhər, rayon  və kəndlərimizi xarabazara çeviriblər. Ən dəhşətlisi o idi ki,  uşaq, yeniyetmə və gənclərimiz  milli mənsubiyyətlərinə  görə  qətlə yetirildilər. UTB rəhbəri Aynur Piriyeva çıxış edərək  ermənilərin məkrli  siyasətlərini, erməni vəhşiliklərinin törətdiyi cinayətlər pisləyib. Şagirdlər rəsmi mənbələrə əsasən 31 Mart Soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü öz hazırladıqları bukletlərdə fikirlərini izah ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi