"Bahar çələngi" tədbiri

Elimizin, xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə günü-gündən gözəlləşən, müasirləşən məktəbimizdə Novruz şənliyi keçirilib.Tədbir UBT rəhbəri Aynur Piriyeva və musiqi müəllimi Elnurə Rzayevanın təşkilatçılığıilə təşkil edilib. Novruz adətlərini yaşatmaq, təbliğ və tərənnüm etmək uğrunda zəngin və rəngarəng milli adət ənənələrimizi özündə əks etdirən əl işləri sərgisində məktəbimiz hər zaman olduğu kimi yüksək fəallıq göstərib, təhsildə olduğu kimi ictimai işlərdə də zəngin, böyük potensiala malik olduğunu bir daha sübut edib. Məktəbimiz tərəfindən sərgidə təqdim olunan əsrarəngiz əl işlərində Novruz bayramının rəmzi olan bütün atributlar öz yerini alıb. Novruz mətbəxinə aid şirniyyat nümunələri, bayram iştirakçılarına təqdim olunan səmənili xonçalarda boyanmış yumurta, müxtəlif şirniyyatlar, çərəzlər bayram əhvalına xüsusi dad qatıb. Milli paltarda şənlik iştirakçılarını və qonaqları salamlayan, onları öz mahnı, şeir sovqatı ilə feyziyab edən şagirdlərimizin çıxışları hər kəsdə xoş, pozitiv əhval ruhiyyə yaratmaqla yanaşı müəllimlərimizin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilib. Son olaraq, bir daha bütün xalqımızı məktəbimizin pedaqoji kollektivi adından Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə bol ruzi-bərəkət, möhkəm can sağlığı, uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Hər gələn ilimiz, ötən ilimizdən daha maraqlı, daha uğurlu olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi